Bu gün şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 150 mənzil və 33 avtomobil təqdim edilib.
Bizim.Media xəbər verir ki, 4 saylı DOST Mərkəzində şəhid ailələrinə, müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə mənzillərin və avtomobillərin sənədləri təqdim edilib.
Şəhid ailələrinə verilən mənzillər Bakı, Sumqayıt, Abşeron və digər regionlarda yerləşən yeni yaşayış komplekslərində yerləşir.
Sənədlərin təqdim edilməsinə görə təşkil olunan tədbirdə ƏƏSMN nazirinin müavini Anar Kərimov və Nazirlik yanında İctimai şuranın sədri, professor Elşad Məmmədov iştirak ediblər.
Qeyd edilib ki, bu gün 150 mənzil verilməklə cari ilin ötən dövründə artıq 650 mənzil təqdim edilib və bu həftə daha 150 mənzil veriləcək. Beləliklə, postmüharibə dövründə 6800-dək, ümumilikdə ötən dövrdə 16 minədək mənzil və fərdi ev şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə təqdim olunub.
Həmçinin daha 33 avtomobil verilməklə, növbədə dayanan bütün müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin avtomobillə təminatı başa çatmış oldu. Bu kateqoriyaya aid şəxslərə postmüharibə dövründə 567, ümumən 7,7 min avtomobil verilib.
Nuray, Sadiq Məmmədov, Bizim.Media