Mehriban Əliyeva xalqı təbrik etdi

Hazırda oxunan: Mehriban Əliyeva xalqı təbrik etdi

22672

Birinci vitse-prezident Mehriban Əliyeva 28 May-Respublika Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. 

Bizim.Media xəbər verir ki, Mehriban Əliyevanın rəsmi İnstaqram səhifəsində paylaşdığı təbrik mesajında deyilir: 

"Əziz həmvətənlər!

Sizi 28 May – Respublika Günü münasibətilə təbrik edirəm, hər birinizə ən xoş arzularımı çatdırıram!

Qoy Azərbaycanın müstəqilliyi və xalqımızın azadlığı əbədi olsun! Qoy ölkəmizdə həmişə sülh və əmin-amanlıq hökm sürsün!

Vətən uğrunda həlak olmuş şəhidlərimizin nurlu xatirəsini ehtiramla yad edirəm. Sizin hər birinizə möhkəm cansağlığı, səadət, xoş günlər və sevgi, doğma Azərbaycanımıza sülh, firavanlıq və tərəqqi arzulayıram!".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin