Güclü maqnit qasırğası olacaq – BU TARİXDƏ

Hazırda oxunan: Güclü maqnit qasırğası olacaq – BU TARİXDƏ

226712

Dekabrın 25-də Yer kürəsində G1-G2 sinfinə aid maqnit qasırğaları gözlənilir.

Bizim.Media xəbər verir ki, bu barədə Rusiyanın ”Fobos” Hava Mərkəzinin aparıcı mütəxəssisi Mixail Leus sosial şəbəkədə məlumat verib.

Bu təbiət hadisəsinin səbəbi bir gün əvvəl baş verən günəş alışmasıdır.

Mütəxəssisin sözlərinə görə, bazar ertəsi səhər Günəşdə orta dərəcəli məşəl qeydə alınıb.

Eyni zamanda, intensivliyi ilə maksimum X sinifinin sərhədinə çox yaxınlaşıb.

Sinoptik əlavə edib ki, maqnit qasırğasının ilkin müddəti təxminən 10 saat qiymətləndirilir.

Qeyd edək ki, Günəş partlayışlarının gücü A, B, C, M və X siniflərinə bölünür. Hazırda onların tezliyi və intensivliyi artır, çünki Günəş öz aktivliyinin zirvəsinə yaxınlaşır. Proqnozlara əsasən, aktivliyin maksimum həddi gələn ilin yaz-yay mövsümündə baş verəcək.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin