Mənzildə çürümüş qadın meyiti TAPILDI: 2019-cu ildən bəri onu görən olmamışdı - VİDEO

Hazırda oxunan: Mənzildə çürümüş qadın meyiti TAPILDI: 2019-cu ildən bəri onu görən olmamışdı - VİDEO

226673

Xəbər verdiyimiz kimi Nəsimi rayonu, 3-cü mikrorayon, Alı Mustafayev küçəsində yerləşən 29 saylı binanın 2-ci mərtəbəsindəki mənzillərdən birində çürüməyə məruz qalan meyit aşkarlanıb.

Bizim.Media xəbər verir ki, araşdırmalar nəticəsində bəlli olub ki, cəsəd 1932-ci il təvəllüdlü Tatyana Fyodrovnaya aiddir.
 

Maraqlısı isə budur ki, kimsəsiz olduğu deyilən qadının oğlu olduğunu iddia edən şəxs evin ona aid olduğunu göstərən sənədlərlə birlikdə aidiyyəti quruma müraciət edib. Qurum illərdir bağlı olan qapını açdıqda cəsədi aşkarlayıb. Sakinlərin sözlərinə görə, qadından 5 ilə yaxındır xəbər ala bilməyiblər.


"2019-cu ildən bəri yox idi, morqa qədər getdik, tapılmadı. Dünən dedilər ki, evdə ölüb. İndi də Ukraynadan oğlu çıxdı ortaya. O heç evlənməyib", - deyə mərhumun qonşusu bildirib.

Ətraflı Baku TV-nin süjetində:



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin