Yeni dələduzluq üsulu bu dəfə İlkin Həsəniyə çatdı - FOTO

Hazırda oxunan: Yeni dələduzluq üsulu bu dəfə İlkin Həsəniyə çatdı - FOTO

226592

Son zamanlar sosial şəbəkələr, xüsusilə "WhatsApp" vasitəsilə insanların aldadılması halları tez-tez rast gəlinən dələduzluq üsulları arasında yer alır. Bu dəfə dələduzluğun hədəfində tanınmış aparıcı İlkin Həsəni olub.

Bizim.Media oxu.az-a istinadən xəbər verir ki, aparıcının adından istifadə edən naməlum şəxs onun tanışlarına müraciət edərək pul istəyib.

İ.Həsəni sosial şəbəkə hesabında bu hadisə ilə bağlı paylaşım edərək yazıb:
 

"Dünəndən etibarən əksər dostlarıma, tanışlarıma bu nömrədən pul istəyi ilə bağlı müxtəlif mesajlar gəlir. Adamdakı rahatlığa bax, açıq nömrə ilə adımdan istifadə edir və üstəlik yerli bank kartı rekvizitlərini atır", - deyə İ.Həsəni yazıb.


Qeyd edək ki, bundan əvvəl rəqqasə Rəna Ağamuradova (Renka) və futbolçu Mahir Emreli də oxşar hallarla qarşılaşmaları barədə sosial şəbəkə hesablarında paylaşımlar ediblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin