TƏBİB-in direktoru: “Gələn ildən kəndlərdə tibb məntəqələri qurulacaq”

Hazırda oxunan: TƏBİB-in direktoru: “Gələn ildən kəndlərdə tibb məntəqələri qurulacaq”

226559

Kənd tibb məntəqələrinin vəziyyəti bizi narahat edir. Kənd tibb məntəqələrinin 80 faizinin vəziyyəti qənaətbəxş deyil.

Bizim.Media xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin icraçı direktoru Vüqar Qurbanov jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, gələn ildən ölkə üzrə tətbiqi nəzərdə tutulan layihəyə başlanılır:
 

"Kəndlərdə məskunlaşan əhali sayına görə tibb məntəqələri qurulacaq. Bunların modul tipli məntəqələr olması və ya yenidən tikilməsi haqqında sürətli şəkildə qərar veriləcək".


Qurum rəhbəri Zaqatala, Şamaxı rayon mərkəzi xəstəxanalarının təmirə ehtiyacı olduğunu da əlavə edib.

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin