Piyadanı vuraraq qaçan qadın sürücüdən xəbər var

Hazırda oxunan: Piyadanı vuraraq qaçan qadın sürücüdən xəbər var

226514

Ali Məhkəmədə avtomobillə piyadanı vuraraq qaçmaqda təqsirləndirilən Gülsüm Adıgözəlovanın barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başlayıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Vidadi Cəfərovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin növbəti iclası dekabrın 26-na təyin edilib.

İttihama görə, hadisə 10 mart 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Masazır qəsəbəsində qeydə alınıb.

Belə ki, Gülsüm Adıgözəlova idarə etdiyi “Kia Picanto” markalı avtomobillə hərəkətdə olarkən yolun “Bravo” mağazanın yaxınlığından keçən hissəsində dayanmış piyada Müşfiq Vəliyevi vurub və hadisə yerindən qaçıb.

Hadisədən sonra Gülsüm Adıgözəlova saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Abşeron Rayon Məhkəməsinin hökmü ilə ona 1 il müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib. Sumqayıt Apellyasiya Məhkəməsi isə həmin cəzasını dəyişdirib və Gülsüm Adıgözəlova 6 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin