Son günlər ölkə ərazisində əsən güclü küləklər nəticəsində bəzi avtomobil yollarında irigövdəli ağacların təhlükə yaratdığı müşahidə olunur.
Bizim.Media xəbər verir ki, belə yollardan biri də Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuz rayonu ərazisindən keçən hissəsidir.
Belə ki, ərazidə ağacların qırılmış budaqları yolun hərəkət hissəsində asılı vəziyyətdə qalıb.
Bu isə növbəti güclü külək nəticəsində real təhlükədən xəbər verir.
Məsələ ilə bağlı Rayon İcra Hakimiyyətindən bildirilib ki, Oğuzda avtomobil yollarının kənarında təhlükə yaradan ağacların budanılmasına razılıq verilib.
Daha ətraflı Baku TV-nin materialında:
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
15:02 / 22.12.2024
Yol kənarında qurumuş budaqlar niyə budanmır? - VİDEO
Hazırda oxunan: Yol kənarında qurumuş budaqlar niyə budanmır? - VİDEO
Hazırda oxunan: Yol kənarında qurumuş budaqlar niyə budanmır? - VİDEO
226438
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.