Müdafiə Nazirliyi Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşdüyünü təsdiqləyib.
Bizim.Media xəbər verir ki, bunu açıqlamasında nazirliyin mətbuat xidmətinin rəhbəri, polkovnik-leytenant Anar Eyvazov bildirib.
MÖVZU İLƏ BAĞLI:
Kəlbəcərdə hərbi maşınımız minaya düşdü, yaralılar var - FOTOLAR
O, hərbi avtomobilin minaya düşməsi faktını təsdiqləyib.
Qeyd edək ki, Azərbaycan Silahlı Qüvvələrinə məxsus hərbi avtomobilin Kəlbəcər rayonunun Ermənistanla sərhəd ərazisində minaya düşməsi barədə sosial şəbəkələrdə məlumat yayılıb.
Hadisə nəticəsində hərbçilər arasında ölən və yaralananların olması ilə bağlı dəqiq məlumat yoxdur.
Bu barədə rəsmi orqanlar da hər hansı məlumat açıqlamayıb.
Bizim.Media