Lerik Rayon Polis Şöbəsi əməkdaşlarının qanunsuz ov hallarına qarşı apardıqları mübarizə çərçivəsində növbəti fakt aşkarlanıb.
Bizim.Media xəbər verir ki, tədbir zamanı Xanagah kəndi ərazisində qanunsuz ov fəaliyyəti ilə məşğul olan A.Vəliyev saxlanılıb.
Ondan qanunsuz saxlanılan bir ədəd ov tüfəngi və qanunsuz ovlanmış çöl dovşanı götürülüb. Hazırda faktla bağlı araşdırma davam edir.
Sabutay, Bizim.Media, Cənub bürosu