Bağçalara direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı KEÇİRİLİR

Hazırda oxunan: Bağçalara direktor vəzifəsinə işə qəbul üzrə test imtahanı KEÇİRİLİR

226294

Məktəbəqədər təhsil müəssisələrinin müdiri vəzifəsinə işə qəbul üzrə müsabiqənin test imtahanı mərhələsi təşkil olunur.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən Bizim.Media-ya verilən məlumata görə, müsabiqənin test imtahanı mərhələsində 480 namizəd dəvət edilib.

Bu mərhələdə hər bir namizədə məktəbəqədər təhsil və idarəetmə, oxuyub anlama bacarığı, məntiq və məktəbəqədər təhsilin məzmunu istiqamətləri üzrə hər biri 15 sual olmaqla ümumi 60 sual təqdim edilir. Göstərilən hər bir istiqamət üzrə minimum 5 bal olmaqla ümumi 30 bal və daha yüksək nəticə göstərən namizədlər müsahibə mərhələsində iştirak etmək hüququ qazanırlar.

Rəna Cumaqızı, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin