Tovuzda 71 nəfərin zəhərləndiyi məktəb təmir olunacaq – RƏSMİ

Hazırda oxunan: Tovuzda 71 nəfərin zəhərləndiyi məktəb təmir olunacaq – RƏSMİ

226221

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Tovuz rayonunun Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbində iki pelet sobanın borusunun tıxanması səbəbindən 71 nəfər tüstüdən zəhərlənib. Bu xoşagəlməz hadisə ilə yanaşı məktəbin təmirsiz olması da diqqət çəkib.

Bəs, sözügedən məktəb nə vaxt təmir olunacaq?

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq, Qazax-Tovuz Regional Təhsil İdarəsindən bildirilib ki, Tovuz rayon Aşağı Quşçu kənd 1 nömrəli tam orta məktəbinin binasının hazırda layihələndirilməsi işləri aparılır. 

“Növbəti illərdə məktəb binasının yenidən tikintisi və istilik təminatının mavi yanacaqla həyata keçirilməsi nəzərdə tutulub”.

Qeyd edək ki, Aşağı Quşçu kəndində yerləşən 1 saylı tam orta məktəb 1961-ci ildən fəaliyyət göstərir.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin