Azərbaycan İslam ölkələri üçün nüfuzlu tərəfdaşa çevrilir - D-8-ə üzvlük nə vəd edir?

Hazırda oxunan: Azərbaycan İslam ölkələri üçün nüfuzlu tərəfdaşa çevrilir - D-8-ə üzvlük nə vəd edir?

226216

"Azərbaycanın D-8 təşkilatına üzv olması Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin beynəlxalq müstəvidə qazandığı nüfuzunun göstəricisidir". 

Bizim.Media xəbər verir ki, bu fikirləri “demokrat.az”a açıqlamasında ATXƏM İB-nin sədri İlham İsmayılov deyib. 

O qeyd edib ki, 19 dekabr 2024-cü il müstəqil dövlətimizin tarixində əlamətdar hadisə kimi yadda qalacaq: 

"Misirin paytaxtı Qahirə şəhərində inkişaf etməkdə olan səkkiz ölkənin İqtisadi Əməkdaşlıq Təşkilatının (D-8) XI Sammiti keçirildi. D-8, həmçinin “İslam Səkkizliyi” kimi tanınır və 1997-ci ildən bəri beynəlxalq iqtisadi əməkdaşlıq sahəsində vacib bir platformadır. Təşkilatın üzvü olan ölkələr üç qitəni əhatə edir və ümumi daxili məhsulları (ÜDM) 4 trilyon ABŞ dollarını keçir. Üzv ölkələrin ticarət dövriyyəsi 130 milyard dolları aşır, əhalisinin sayı isə dünya müsəlmanlarının 60%-ni təşkil edir". 

İlham İsmayılov bildirib ki, ilk dəfə olaraq D-8 təşkilatının sıralarının genişləndirilməsi qərara alındı və Azərbaycan Respublikası yekdilliklə təşkilatın üzvü seçildi: 
 

"Bu da öz növbəsində Azərbaycan hökumətinin müstəqillik dövründə, xüsusilə xarici siyasətində nail olduğu uğurlarla, 44 günlük Vətən müharibəsində Prezident İlham Əliyevin böyük sərkərdəlik məharəti və qəhrəman xalqımızın igidliyi və şücaəti sayəsində qazandığımız zəfərlə, Qafqaz regionunda sülhə nail olunması ilə bağlıdır.


Artıq Azərbaycan dünyada multikultural və tolerant məkan olaraq mədəniyyətlərin, dinlərin müxtəlifliyini yaşadan və inkişaf etdirən unikal bir ölkəyə çevrilmişdir. Türk Dövlətləri Birliyinin yaranmasının əsas təşəbbüsçüsü və təşkilatçılarından olan Azərbaycanın belə bir beynəlxalq təşkilata üzv olması digər İslam dövlətlərinin də Azərbaycanı nüfuzlu bir tərəfdaş ölkə kimi görməyinin nəticəsidir". 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin