İşçinin istirahət hüququ – Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur?

Hazırda oxunan: İşçinin istirahət hüququ – Azərbaycanda qeyri-iş günlərinin sayı çoxdur?

226194

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının Qərarı ilə 2025-ci ildə 126 gün qeyri-iş günü olacaq. Bəziləri düşünür ki, istirahət günlərinin sayı çoxdur. Təbii ki, bunu düşünənlər də ən çox sahibkar və iş adamlarıdır. Onlar istirahət günlərinin çox olmasını şirkətin fəaliyyətinə mənfi təsir kimi qiymətləndirirlər. Amma xarici ölkələrlə müqayisədə Azərbaycan qeyri-iş günlərinin sayı azdır.

Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov Bizim.Media-ya mövzu barədə danışıb.

O, deyib ki, Konstitusiyanın 37-ci maddəsinə görə, hər kəsin istirahət hüququ var:

“Bayram günləri hər bir ölkədə var. Bu işçilərin iş əmsalının aşağı düşməsi demək deyil. Problem odur ki, dövlət sektorunun işçiləri qeyri-iş günlərində tam istirahət etdiyi halda, özəl sektorların əksəriyyətində iş davam edir. qanunsuz olaraq işçiləri işə cəlb edirlər. Əgər bayram günlərində  sahibkarlar işçiləri işə cəlb edirlərsə, onlara ikiqat maaş ödənilməlidir. Bəzi özəl strukturlar bunu edir, amma təəssüf ki, etməyənlər də var”.

7/24 işləyənlər...

Hüquqşünas bu məsələdə istisnaların olduğunu bildirib.

“Qeyri-iş günlərində işçiləri işlətməyin obyektiv səbəbləri də var. İstənilən istirahət vaxtında, bayram günlərində elə strukturlar var ki, onlar 7/24 rejimində işləməlidirlər. Bunlar həyatı təmin edən sahələrdir. Nəqliyyat, kommunal təsərrüfat, ərzaqla bağlı sahələr, asayişi təmin edən orqanlar və s. bunlar üçün istirahət yoxdur”.

Nuray, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin