“Böyrək çatışmazlığının əsas səbəbi içdiyimiz sudur” – Uroloqdan SENSASİON AÇIQLAMA

Hazırda oxunan: “Böyrək çatışmazlığının əsas səbəbi içdiyimiz sudur” – Uroloqdan SENSASİON AÇIQLAMA

226190

Bu gün Azərbaycanda orqan transplantasiyası sahəsində ən çox böyrək köçürülməsi əməliyyatına ehtiyac var.

Ölkəmizə məxsus göstəricinin səbəbi maraqlı məqamdır.

Yəni, niyə məhz böyrək xəstəliyindən əziyyət çəkənlərin sayı çoxdur?

Məsələ ilə bağlı Bizim.Media-ya açıqlama verən uroloq-cərrah Vaqif Rüstəmov böyrək xəstələrinin çox olmasını içdiyimiz suyla əlaqələndirib:

“Böyrək çatışmazlığının çox olmasının əsas səbəbi camaatın içdiyi sudur. Axıntılar Kürə qarışır, o sudan da biz istifadə edirik, yemək bişiririk. Bəs, Qəbələ, Şollar suyu hanı? Xərçəng, böyrək xəstəliyinin artması ekoloji amillərdən asılıdır. Bunun üçün sulara nəzarət etmək lazımdır. Hər prospektdə 2-3 bulaq olmalıdır. İllər öncə bu belə idi. Elə ki, Azərsu yarandı, bütün bulaqları, hətta Şəhid Bulaqlarını belə bağladılar”. 

Həkim xəstəliklərin artmasını qida və ekoloji səbəblərlə də əlaqələndirib.

O vurğulayıb ki, qidaların böyük hissəsi keyfiyyətsiz məhsullardan, marqarindən hazırlanır. Bütün bu faktorlar isə böyrəklərdə ciddi fəsadlar yaradır.

Nəzrin Mirzəyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin