Azərbaycanın tanınmış Xalq rəssamı vəfat etdi – FOTO

Hazırda oxunan: Azərbaycanın tanınmış Xalq rəssamı vəfat etdi – FOTO

226125

Azərbaycanın Xalq rəssamı, Bakı şəhərinin ilk baş rəssamı olmuş Tofiq Ağababayev 97 yaşında vəfat edib. 

Bizim.Media xəbər verir ki, bu barədə onun yaxınları sosial şəbəkədə məlumat veriblər. 

Mərhum rəssamla vida mərasimi bu gün 14:00-da Təzə Pir məscidində keçiriləcək. 

Qeyd edək ki, Tofiq Ağababayev 1928-ci ildə Bakı şəhərində anadan olub. O, monumental dekorativ-tətbiqi sənət, qrafika və boyakarlıq sahəsində əsərlər yaradıb.

"Azərbaycan lirikası" triptixi (keramika, 1960, Azərbaycan İncəsənət Muzeyi), Bakı Dövlət Sirkində "Azərbaycan sirki" mozaik lövhəsi 1967-ci ildə Azərbaycan SSR Nazirlər Sovetinin mükafatına layiq görülüb. 1966-1968-ci illərdə Bakı şəhərinin baş rəssamı vəzifəsində çalışıb.
 

Tofiq Ağababayevin əsərləri Azərbaycan Dövlət Muzeyində, Azərbaycan Rəssamlar İttifaqının fondunda, ABŞ muzeyində, London, Kanada və bir çox başqa muzeylərdə, şəxsi qalereyalarda saxlanılır. 


1992-ci ildə Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, 2006-cı ildə Xalq rəssamı fəxri adları ilə təltif edilib. Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə Tofiq Ağababayevə 2008-ci ildə Prezidentin fərdi təqaüdü ayrılıb, 2023-cü ildə isə Xalq rəssamı “Şöhrət” ordeni ilə təltif edilib. 




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin