Ucarda 2 ailənin yaşadığı fərdi yaşayış evi yanıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayonun Ənvər Məmmədxanlı kəndində baş verib.
Süsən Nəsrəddin qızı Nürəddinovaya və Gülsabah Pənah qızı Manafovaya məxsus ümumi sahəsi 160 kvadratmetr olan, 1 mərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evinin 1 otağı və talvarı tamamilə, digər 1 otaq isə qismən yanıb.
Hadisə yerinə FHN-nin Ucar Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub.
Yanğınsöndürənlərin səyi nəticəsində evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.
İlkin ehtimala görə, yanğına səbəb elektrik naqillərində baş verən qısaqapanma olub.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu