İsmayıllıda sanitar qovşaqdan meyit tapılıb.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə İvanovka kəndində qeydə alınıb.
Belə ki, 20 yaşlı Vitali Yuryeviç Minnikovun meyiti yaşadığı evinin həyətində evdən ayrı tikilmiş sanitar qovşaqda atası tərəfindən tapılıb.
Mərhumun nədən öldüyü isə hələlik məlum deyil.
Hazırda faktla bağlı araşdırma aparılır.
Bizim.Media, Aran bürosu