“Bakıda bu cür layihələrin sayı artırılmalıdır” — Deputat yeni yol layihəsindən danışdı

Hazırda oxunan: “Bakıda bu cür layihələrin sayı artırılmalıdır” — Deputat yeni yol layihəsindən danışdı

226091

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Həsən Əliyev küçəsindən Ziya Bünyadov prospektinə paralel olaraq "Koroğlu" metro stansiyasına qədər yeni avtomobil yolunun tikintisinə start verilir. Yeni lahiyə ilə bağlı Milli Məclisin deputatı Naqif Həmzəyev fikirlərini bildirib.

Bizim.Media xəbər verir ki, deputat Demokrat.az-a açıqlamasında bildirib ki, son dövrlərdə Bakıda mütəmadi olaraq tıxac müşahidə edilir:

“Xüsusilə, vətəndaşların avtomobillərdən çox istifadə etməsi vəziyyəti gərginləşdirir. İctimai nəqliyyat sıxlığın yükünü qaldıra bilmir. Bu səbəbdən şəxsi avtomobillərə maraq artır. Bakıda mərkəzi arteriya rolunu oynayacaq yolların çox olmaması problemi daha da artırır. Bu baxımdan yeni alternativ yolların açılmasına ehtiyac yaranır. Ziya Bünyadov prospektinə paralel olaraq “Koroğlu” metrostansiyasına qədər yeni yolun çəkilməsi layihəsinin reallaşması yolların yükünü azaltmış olacaq. Heydər Əliyev prospekti başda olmaqla, şəhərdən hava limanı istiqamətinə gedən yollarda seyrəklik yaranacaq. Bu da günün sıxlıq olan saatlarında tıxacı əhəmiyyətli dərəcədə azaldacaq, avtomobil yükünü bölüşdürməyə xidmət edəcək”.

Onun sözlərinə görə, Bakıda bu cür layihələrin sayı artırılmalıdır:

“Çoxmərtəbəli körpülərin də tikintisi reallaşdırılmalıdır. Sadəcə yaxın 5-10 ili yox, növbəti 50 ilin tıxacını azaltmaq nəzərdə tutulmalıdır. Meqapolisləri şəhərimizdə müqayisə etdikdə görürük ki, bu cür layihələrin həyata keçirilməsi vacibdir. Səbrsizliklə yeni çəkiləcək yolun istifadəyə verilməsini gözləyirəm. İnanıram ki, layihə tıxacın yükünü düşündüyümüz qədər çox azaltmış olacaq”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin