“AQA Şirkətlər Qrupu”nun təsisçisi, tanınmış iş adamı Aydın Dəmirçi ağacları kəsərək təbiətə vurduqları külli miqdarda ziyana görə üzr istəyib.
Bizim.Media xəbər verir ki, bu barədə o, APA TV-yə danışıb.
Xatırladaq ki, Aydın Dəmirçinin oğlu, “AQA Şirkətlər Qrupu”nun vitse-prezidenti Qafar Dəmirçi şirkətin bir neçə əməkdaşı ilə birgə Cinayət Məcəlləsinin 259.3-cü (ağacları kəsmə-qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xeyli və külli miqdarda ziyan vurmaqla) maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilib. Məhkəmənin qərarı ilə Q.Dəmirçi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
“Plazalar kralı” işçiləri ilə məhkəmə zalından birbaşa istintaq təcridxanasına göndərilib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
17:07 / 19.12.2024
Həbs edilən Qafar Dəmirçinin atası Aydın Dəmirçi üzr istədi - VİDEO
Hazırda oxunan: Həbs edilən Qafar Dəmirçinin atası Aydın Dəmirçi üzr istədi - VİDEO
Hazırda oxunan: Həbs edilən Qafar Dəmirçinin atası Aydın Dəmirçi üzr istədi - VİDEO
226052
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.