"Limonçik" ilə maşın nömrələri oğurlayanlar saxlanıldı: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş – FOTO

Hazırda oxunan: "Limonçik" ilə maşın nömrələri oğurlayanlar saxlanıldı: Qazaxıstan nömrəsi ilə pul tələb edirlərmiş – FOTO

226018

Polis Nərimanov, Abşeron və Suraxanı rayonlarında avtomobillərdən dövlət qeydiyyat nişanlarını oğurlayan şəxsləri müəyyən edərək saxlayıb.

Bizim.Media “manset.az”a istinadən xəbər verir ki, Nərimanov rayonu ərazisində “Toyota” və “Jeep” markalı iki avtomobilin dövlət qeydiyyat nişanlarının oğurlanması barədə Nərimanov RPİ-nin 18-ci Polis Şöbəsinə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməllərini törətməkdə şübhəli bilinən 20 yaşlı F.Hüseyn, əkiz qardaşı Y.Hüseyn, 20 yaşlı Ş.Kərimli, 19 yaşlı R.Ağayev və bir yeniyetmə müəyyən olunaraq saxlanılıblar.

Onlar oğurladıqları dövlət qeydiyyat nişanlarının sahiblərinə Qazaxıstan Respublikasına məxsus nömrələrlə zəng edərək pul tələb ediblər.

Onların Abşeron rayonu Xırdalan şəhəri ərazisində “Toyota”, “Hyundai”, “Range Rover” və “Mercedes” markalı daha 5 avtomobilin dövlət qeydiyyat nişanlarını oğurladıqları məlum olub.

Suraxanı RPİ 33-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə Yeni Günəşli qəsəbəsi “AB” yaşayış sahəsində yerləşən avtomobil təmiri sexində “Opel” markalı avtomobilin dövlət qeydiyyat nişanları oğurlamaqda şübhəli bilinən 24 yaşlı Ə.İsmayıllı saxlanılıb.

Faktlarla bağlı araşdırmalar aparılır.

Qeyd edək ki, Ə.İsmayıllı "Limonçik" ləqəbi ilə tanınır. O, bir müddət öncə Rusiyada limon satmaqla sosial şəbəkələrdə məşhurlaşmışdı.










Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin