Strateji malların monitorinqi aparılacaq - Baş nazirdən QƏRAR

Hazırda oxunan: Strateji malların monitorinqi aparılacaq - Baş nazirdən QƏRAR

226008

Strateji əhəmiyyətli malların monitorinqi qaydası və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin müəyyən edilməsi meyarları təsdiqlənib.

Bizim.Media xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qayda srateji əhəmiyyətli malların monitorinqinin həyata keçirilməsinin təşkilati və hüquqi əsaslarını, qaydasını, həmçinin həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin meyarlarını müəyyən edir.

Strateji əhəmiyyətli malların monitorinqi dövlət ehtiyatları üzrə məsul orqan olan Azərbaycan Dövlət Ehtiyatları Agentliyi tərəfindən həyata keçirilir.

Belə ki, monitorinqin məqsədi ölkənin strateji əhəmiyyətli mallarla təchizat dayanıqlığının təmin edilməsi üzrə vəziyyətin öyrənilməsi və həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişməsinin qarşısının alınması istiqamətində tədbirlər görülməsinin zəruriliyinin qiymətləndirilməsidir.

Monitorinq özündə aşağıdakıları ehtiva edir:


- strateji əhəmiyyətli malların mövcudluğu və hərəkəti barədə məlumatların əldə edilməsi;

- strateji əhəmiyyətli mallarla təchizatın dayanıqlığına təhlükə yaradan faktorların müəyyən edilməsi və qiymətləndirilməsi;


- strateji əhəmiyyətli malların həcminin müntəzəm izlənilməsi;

- strateji əhəmiyyətli malların həcminin azalması ehtimalı yarandıqda bu malların həcminin nəzarətdə saxlanılması.

Monitorinq aşağıdakı məlumatlar əsasında aparılır:


- Dövlət Statistika Komitəsinin məlumatları;

- internet resurslarından və mediadan əldə edilən məlumatlar;

- bazar iştirakçılarından əldə edilən məlumatlar.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin