“İlk bələdiyyə seçkilərin yekununda ölkə üzrə cəmi 22 qadın bələdiyyə sədri var idi. İndi bu say artmaqdadır".
Bizim.Media xəbər verir ki, bunu “Hüquqi Tədqiqatlar Mərkəzi” İctimai Birliyinin icraçı direktoru Tofiq Həsənov "Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.
O bildirib ki, 2009-cu ilin seçkilərində bələdiyyələrdə qadınların sayında nəzərəçarpacaq dəyişiklik oldu:
"Hazırda bələdiyyə komissiyalarında qadınların say nisbəti 39 faizə yaxındır".
Direktor gender komissiyalarında daimi əsaslarla işləyən qadınların sayının artırılmasını təklif edib:
"Qadınların bələdiyyələrdə sayı artsa da, onların daimi əsaslarla işləmək faizi aşağıdır.
Gələcəkdə bələdiyyələrdə gender komissiyaları yaradılarkən daimi əsaslarla işləyən qadınların sayı artırılmalıdır".
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:34 / 19.12.2024
“Bələdiyyələrdə işləyən qadınların sayı artmalıdır” – Tofiq Həsənov
Hazırda oxunan: “Bələdiyyələrdə işləyən qadınların sayı artmalıdır” – Tofiq Həsənov
Hazırda oxunan: “Bələdiyyələrdə işləyən qadınların sayı artmalıdır” – Tofiq Həsənov
225990
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.