Sürücülük hüququ olmayan şəxs saxta nömrədən istifadə etdi, tutuldu – VİDEO

Hazırda oxunan: Sürücülük hüququ olmayan şəxs saxta nömrədən istifadə etdi, tutuldu – VİDEO

225986

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin YPX Alayının əməkdaşları tərəfindən saxlanılan avtomobilin dövlət qeydiyyat nişanlarının saxta olduğu aşkarlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Qobustan rayonu ərazisində hərəkətdə olan “VAZ” markalı, tranzit dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü xarici işıq cihazları nasaz olduğu üçün Alayın 3-cü taqımının əməkdaşı tərəfindən saxlanılıb. Sənədləri təqdim etmədiyi üçün sürücü Mustafa Mahmudzadə barəsində aparılan araşdırma zamanı məlum olub ki, o, sürücülük hüququ məhdudlaşdırıldığı halda avtomobil idarə etməklə yanaşı, həm də kustar üsulla hazırlanmış saxta nömrə nişanından istifadə edib.

Qanunvericiliyin tələblərini kobud şəkildə pozan M.Mahmudzadə barəsində müvafiq protokollar tərtib edilib, avtomobil isə hərəkətdən kənarlaşdırılaraq mühafizə olunan duracağa yerləşdirilib.

Baş Dövlət Yol Polisi İdarəsi məsuliyyətdən yayınmaq məqsədi güdən belə hallara qarşı bundan sonra da ən kəsərli tədbirlərin görüləcəyini bildirir və hər bir yol hərəkəti iştirakçısını hüquqazidd əməllərdən çəkinməyə çağırır.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin