“Bələdiyyələrdə gender komissiyasına seçilən sədr işinə ürəklə yanaşmalıdır” – Komitə sədrinin müavini

Hazırda oxunan: “Bələdiyyələrdə gender komissiyasına seçilən sədr işinə ürəklə yanaşmalıdır” – Komitə sədrinin müavini

225983

“Bələdiyyələrdə gender komissiyaları ictimai əsaslarla fəaliyyət göstərir. Bələdiyyələrin aparatında müəyyən komissiyalar var ki, ictimai əsaslarla yox, əməkhaqqı alaraq fəaliyyət göstərirlər”.

Bizim.Media xəbər verir ki, bunu Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova "Bələdiyyələrdə yaradılmış gender komissiyalarının işinin gücləndirilməsi” mövzusuna həsr olunmuş konfransda çıxışı zamanı deyib.

O bildirib ki, gələcəkdə bütün komissiyalar əməkhaqqı alaraq çalışsalar daha məqsədəuyğun olar:

"Ora seçilən adam komissiyasının sədri olaraq ürəklə, canla işə yanaşmalıdır. Maddi maraq olanda bir borc, vəzifə kimi yanaşır. Düşünürəm ki, bələdiyyə seçkilərində buna nail olacağıq".

Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin