Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Palatasının növbəti iclası keçirilib.
Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iclasda Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin VI hissəsinə və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 7.1-ci maddəsinə əsasən, Mülki Prosessual Məcəlləsinin 232.1-ci maddəsinin şərh edilməsinə dair Göyçay Rayon Məhkəməsinin müraciətinə baxılaraq, Plenumun icraatına qəbul olunması haqqında qərardad qəbul edilib.
Müraciətə mahiyyəti üzrə, tərəflərin iştirakı ilə Konstitusiya Məhkəməsi Plenumunun 2025-ci il yanvarın 13-nə təyin edilmiş iclasında baxılacaq.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
04:50 / 19.12.2024
Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi
Hazırda oxunan: Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi
Hazırda oxunan: Konstitusiya Məhkəməsi Palatasının növbəti iclası keçirildi
225946
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.