Xaçmazda 67 yaşlı araşdırmaçı jurnalist Füzuli Baratov vəfat edib.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, yaxınlarının məlumatına görə,Füzuli Baratov bir neçə gün əvvəl rayon xəstəxanasına yerləşdirilmişdi.
Həkimlərin səyinə baxmayaraq, o, komadan ayılmayıb. İlkin məlumata görə,mərhum beyninə qansızmadan dünyasını dəyişib.
İxtisasca ingilis-alman dili müəllimi olsa da Füzuli Baratovun jurnalistikaya xüsusi marağı olub. Pedaqoji fəaliyyətlə yanaşı, publisistika və jurnalistika ilə müntəzəm məşğul olub.
Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan Füzuli Baratov araşdırmaçı jurnalist kimi daha çox tanınırdı. O, üzərində işlədiyi "Mir Cəfər Bağırov - İgid Rəhbər", "Xaçmaz tarixi faktlarla" kitablarını tamamlaya bilmədi.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu