Millət vəkili Şahin Seyidzadə Qobustan rayonunun Cəngi və Qurbançı kəndlərində fərdi vətəndaş qəbulu keçirib.
Bizim.Media xəbər verir ki, bu barədə deputat feysbuk səhifəsində yazıb.
Deputat bildirib ki, may ayının 26-da Qobustan rayonunun Cəngi və Qurbançı kəndlərində rayonun Cəngi, Ərəbşahverdi, Nabur, Qurbançı kəndləri və Qobustan şəhərindən olan vətəndaşlarla fərdi qəbul həyata keçirilib.
“Ümumilikdə 24 vətəndaşın iştirak etdiyi qəbulda içməli su, təbii qaz, elektrik və rabitə təminatları, həmçinin məktəb tikintisi, məhkəmə fəaliyyəti, infrastruktur, torpaq, kənd təsərrüfatı, hüquq və sosial təminat mövzuları ətrafında müraciətlər səsləndirilib”- deyə o qeyd edib.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
14:08 / 27.05.2021
Qobustanda kənd sakinlərinin şikayətləri dinlənildi - FOTO
Hazırda oxunan: Qobustanda kənd sakinlərinin şikayətləri dinlənildi - FOTO
Hazırda oxunan: Qobustanda kənd sakinlərinin şikayətləri dinlənildi - FOTO
22591
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.