İsmayıllıda yol-nəqliyyat qəzası baş verib.
Bizim.Media-nın Aran bürosu xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb. Belə ki,“Mercedes” markalı avtomobil hərəkətdə olarkən idarəetmədən çıxıb və dirəyə çırpılıb.
Nəticədə 1981-ci il təvəllüdlü Pərviz Paşayev və 1982-ci il təvəllüdlü Xəyalə Paşayeva xəsarət alıb. Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə İsmayıllı rayon Mərkəzi Xəstəxanasına aparılıb.
İsmayıllıda baş verən yol qəzası ilə bağlı rayon mərkəzi xəstəxanasından Bizim.Media-nın Aran bürosunun sorğusuna cavab olaraq bildirilib ki, 18.12.2024-ci il saat 07:00 radələrində yol-nəqliyyat hadisəsi səbəbilə xəsarət alan 2 nəfər İsmayıllı Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Onlardan 1982-ci il təvəllüdlü (qadın cinsli) şəxsə qabırğaların çoxsaylı sınığı, travmatik hemopnevmotoraks, 1981-ci il təvəllüdlü (kişi cinsli) şəxsə isə sağ bazuda yumşaq toxumaların əziyi diaqnozu təyin edilib. 1982-ci il təvəllüdlü şəxsin müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Vəziyyəti ağır olaraq qiymətləndirilir.
Digər şəxsə isə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb.
Fakt araşdırılır.
Bizim.Media, Aran bürosu