Qış mövsümü ilə əlaqədar dəm qazından zəhərlənmə hallarına daha çox rast gəlinir.
Bizim.Media xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktoru Vüqar Qurbanov deyib.
"TƏBİB tabeli müəssisələrdə, əsasən də Kliniki Tibbi Mərkəzdə Toksikologiya şöbəsi var. Bölgələrdə də bu xidmət təşkil olunub. Ən ixtisaslaşmış Klinik Tibbi Mərkəzin Toksikologiya şöbəsidir. Ən ağır hallarda bu xəstələri ora təxliyə edirik " - deyə qurum rəsmisi qeyd edib.
Günay Şahmar, Pərviz Allahverdiyev, Bizim.Media