Tanınmış jurnalist Xədicə İsmayılın cəza müddəti başa çatıb.
Bizim.Media xəbər verir ki, o, bununla bağlı rəsmi sənədin fotosunu feysbuk hesabında paylaşıb:
Sənəddə qeyd edilib ki, məhkum İsmayılova Xədicə Rövşən qızı cəza müddəti başa çatdığından 25.05.2021-ci il tarixində Ədliyyə Nazirliyi Bakı şəhər Probasiya İdarəsinin qeydiyyatından çıxarılır.
Jurnalist isə azadlığa çıxmasını belə qiymətləndirib:
“45-ci ad günü. iki gün gecikmə ilə sənədimi aldım. Probasiya şöbəsi məndən, mən də onlardan azadam. Azadlıq münasibətilə yaşımla barışıram”.
Xatırladaq ki, X. İsmayıl Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən 7 il 5 ay müddətində azadlıqdan məhrum edilmişdi. 2016 -cı il mayın 25-də isə Ali Məhkəmə cəzanın 3 il 6 ay müddətinə şərti cəza ilə əvəz olunması barədə qərar çıxarmışdı.
Bizim.Media