“Varlılar sağlamlıqlarını həkimlərimizə etibar edəndə, səhiyyəmizdə keyfiyyət olacaq” – Vüqar Məmmədov

Hazırda oxunan: “Varlılar sağlamlıqlarını həkimlərimizə etibar edəndə, səhiyyəmizdə keyfiyyət olacaq” – Vüqar Məmmədov

225807

“Tibbin xidmət keyfiyyəti həm balaca, həm böyük şəxslərdən gəlməlidir. Keyfiyyətimiz o vaxt olacaq ki, bizim ölkədə də hər bir zəngin, imkanlı şəxs, nazir öz sağlamlığını Azərbaycan həkiminə etibar etsin. Ona görə ki, artıq onlar nazir yox, pasiyentdirlər”.

Bizim.Media xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin İdarə Heyəti sədrinin müavini Vüqar Məmmədov "Səhiyyə İdarəçiləri Zirvəsi 2024” tədbirində panel müzakirələri zamanı deyib.

O bildirib ki, bizim vətəndaşlar keyfiyyətin qiymətini verməlidirlər:

"Tibbi xidmətin keyfiyyətli olub-olmadığını bilmək üçün xəstəxanaların qarşısında bizim strukturlara tabe olmayan müstəqil strukturlara tabe olan qurumlar pasiyentlərdən tibbi xidmətdən razı qalıb qalmadıqlarını, tibbi xidmətin keyfiyyətini soruşmalıdırlar".

Günay Şahmar, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin