Şahin Musayev: "Ali Sovetə də, sizin istintaq komissiyasına da tüpürdüm..."

Hazırda oxunan: Şahin Musayev: "Ali Sovetə də, sizin istintaq komissiyasına da tüpürdüm..."

225756
..26 il öncə bu günlərdə Azərbaycan öz taleyinin ən təlatümlü məqamlarını yaşayırdı. Xocalı kimi dəhşətli soyqırımından sonra ölkənin siyasi və hərbi meydanında xaotik proseslər gedirdi.xa0 Ancaq “xaosdan düzənə” pinsipi ilə dünyanı idarə etməyə çalışanlar işğalçı Ermənistan, terrorçu erməni təşkilatlarının və daxildəki hakimiyyət aşiqlərinin əli ilə prosesləri özlərinə sərf edən məcraya yönəldirdilər.

Həmin günlər ölkənin siyasixa0 idarəçiliyi, demək olar ki, əsasən AXC və onun təsiri altında olan -1991-ci ilin payızında Ali Sovetdə yaradılmış Milli Şura, “demblok” vasitəsilə yönləndirilirdi.xa0 Bu qurumun iclaslarında elə maraqlı, həlledici məqamlar, çıxışlar var ki, onlar bu günkü proseslərdə də öz təsir gücünü hələ də qoruyub saxlayır...

1991-1992-ci illərdə Milli Şuranın parlamentdəki əksər iclaslarında iştirak etmişxa0 deputat Maksim Musayevin “Milli Şura (10.1991- 05.1992) parlamenti” kitabındakı xronika əsasında 1992-ci il martın 3-dənxa0 mayın 18-dək, yəni Laçının işğal olunduğu və AXC-nin hakimiyyətə tam yiyələndiyixa0 bir günədək Ali Sovetdə baş verənlərin ən maraqlı məqamlarını diqqətinizə çatdırırıq.

(Ali Sovetin Milli Şurasının 1992-ci il 30 aprel tarixli iclasının davamı. Xronikanın əvvəlki hissələri üçün bu linkə baxın:xa0 //www.moderator.az/news/224270.html)

Mətləb Mütəllimov: "Şahin Musayevin günahının nədən ibarət olduğunu bilmədən səlahiyyətinin dondurulması qanuna ziddir…”

Deputat Soltan Məmmədov bildirdi ki, artıq Milli Şura vaxtın aparılmasına səbəb olur. “Vaxt isə hər şeydir. Suvorovun belə bir kəlamı var: "Pul qiymətlidir. Həyat ondan da qiymətlidir. Lakin vaxt bunların hər ikisindən qiymətlidir. Çox təəssüf ki, biz vaxtı qiymətləndirmirik. Bu vaxt bizim deyil, xalqın, respublikanın vaxtıdır, onu alırıq.xa0 Çoxları iclasda fasiləsiz olaraq papiros çəkir. Bura tiryəkxana deyil, parlamentdir. İclasdır axı... Mən bir söz də demək istərdim, bir şeir var:

Milli Şura öz işini bitirib,
Xalq içində hörmətini itirib.
Buraxılmaq məqamını yetirib,
Buraxılsın bu sessiyada şuramız...”

“Xocalı hadisələrinin təhqiqi ilə bağlı istintaqı komissiyası yaratdıq və mən də həmin komissiyanın üzvüyəm”xa0 - deyən Əli Ömərov bildirdi ki, komissiyabir sıra şəxslərin Xocalı faciəsində bilavasitə təqsirkar olduğu qənaətinə gəlib. “Biz belə qərara gəlmişik ki, vəzifəli şəxslərdən bəzilərinin, o cümlədən Azərbaycan Müdafiə nazirinin birinci müavini Şahin Musayevin səlahiyyəti dondurulsun. Bu komissiyanın gəldiyiən qəti, ən inandırıcı bir qərardır.

Şahin Musayevin təqsirinin gləcəkdə Cinayət Məcəlləsnin hansı maddəsi ilə tövsif edilməsindənasılı olmayaraq onun vəzifəsi qəti surətdə dondurulmalıdır. Bununla əlaqədar biz bu gün Şahin Musayevi komissiyaya dəvət elədik. O, telefonda bildirdi ki,xa0 mən Ali Sovetə də, sizin istintaq komissiyasınaxa0 da tüpürdüm. Bu sözlər maqnitofona yazılırdı. Bunu onun nəzərinə də çatdırdıq. O isə bir daha dedi ki, mənxa0 yenə də təkrar edirəm:”İstintaq komissiyasına da, sizin yazdığınız maqnitofon lentinə də tüpürdüm!.. Mən gələn deyiləm!..” Belə olan təqdirdə biz dedik ki, əgər gəlməsəniz, biz sizin vəzifədənxa0 kənarlaşdırılmanız barədə vəsatət qaldırarıq. Şahin Musayev cavab verdi ki, heç kim məni vəzifədən kənarlaşdıra bilməz...”

Deputat Vahid Əhmədov da məsələyə münasibət bildirdi:

”Komissiyanın verdiyi rəyə əsasən tələb edirəm ki, Şahin Musayev müvəqqəti olaraq tutduğu vəzifədən kənarlaşdırılsın. Ümumiyyətlə, onun haqqında çoxlu söz-söhbət gəzir. Gizlətmək də lazım deyil, xalq bunları bilməlidir. Ona görə də komissiyanın verdiyi rəylə razılaşaq və qərara gələk ki, Şahin Musayev müvəqqəti olaraqxa0 həmin vəzifədən azad edilsin.xa0

Digər çıxış edən Musa Məmmədov dedi ki, Şahin Musayevin komissiyaya qarşı hörmətsizliyi Milli Şura tərəfindən qiymətləndirilməlidir.xa0

Mətləb Mütəllimov isə göstərdi ki, Şahin Musayev vəzifəsindən asılı olmayaraq vətəndaşdır, özü də generaldır. Hər bir şəxsin həyatı, taleyi var, ona bir az diqqətlə yanaşmaq lazımdır. Milli Şuranın həmin günahın nədən ibarət olduğunu bilmədən onun səlahiyyətini dayandırmaq qanuna ziddir...”
30 aprel 1992- tarixli iclasın sonunda deputat Ədalət Rəhimov SSRİ Müdafiə Nazirliyi Qəbələ radiolokasiya stansiyasıxa0 haqda Milli Şuranın qərar layihəsini oxudu.

Yetərsay olmadığındanxa0 bu layihə də öz həllini tapa bilmədi. Nəticədə deputatlar heç bir qərar qəbul etmədən iclas zalını tərk etdilər...”

(MaksimMusayev, “MilliŞuraparlamenti”, Bakı, 2001. səh. 143-146)

(Davamıvar)

Təqdimetdi: Sultan Laçın

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin