Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli artıb

Hazırda oxunan: Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri ilə qazın nəqli artıb

225681

Cari ilin yanvar-noyabr aylarında Azərbaycanda magistral qaz kəmərləri ilə 36 319,3 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 0,8% artım müşahidə olunub.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, qaz nəqlinin 57,2%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib.

Bu boru kəməri vasitəsilə “Şahdəniz” qaz-kondensat yatağında hasil edilən qaz ixrac edilir.

Belə ki, hesabat dövründə bu kəmərlə 20 786,7 mln. kubmetr qaz ötürülüb (4,3%-lik artım).

Xatırladaq ki, ötən il Azərbaycanda magistral qaz kəmərləri ilə 39 806,9 mln. kubmetr qaz nəql edilib və əvvəlki ilin göstəricisinə nisbətən 1,4% artım müşahidə olunub. Qaz nəqlinin 54,8%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib. Hesabat dövründə bu kəmərlə 21 800,1 mln. kubmetr qaz ötürülüb (2022-ci ilin göstəricisi ilə müqayisədə 4,8%-lik artım).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin