Azərbaycanın xalq artisti, kino rejissor Ramiz Əzizbəyli koronavirusa (COVID-19) yoluxub.
"Report"un xəbərinə görə, 72 yaşlı Xalq artisti Zığ qəsəbəsində yerləşən koronaviruslu xəstələrin müalicə aldığı modul tipli hospitala yerləşdirilib.
Bizim.Media xəbər verir ki, bunu Xalq artistinin xanımı Zümrüd Əzizbəyli bildirib.
Onun sözlərinə görə, R.Əzizbəyli artıq 5-6 gündür xəstəxanada müalicə alır:
“Güclü soyuqdəyməsi vardı, zəifləmişdi. Böyük qızım da COVID-19-dur, o da atası ilə birgə xəstəxanada yatır. Ramiz elə xəstədir ki, onu tək buraxmaq olmaz. Həkimlər vəziyyətinin artıq yaxşı olduğunu deyir. Reanimasiyada deyil, palatada müalicə alır”. (report)
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
11:55 / 27.05.2021
Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi – “Həkimlər vəziyyətinin...”
Hazırda oxunan: Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi – “Həkimlər vəziyyətinin...”
Hazırda oxunan: Ramiz Əzizbəyli xəstəxanaya yerləşdirildi – “Həkimlər vəziyyətinin...”
22564
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.