Qız pensiyaya görə anasını boğdu - Mingəçevirdə dəhşətli qətl

Hazırda oxunan: Qız pensiyaya görə anasını boğdu - Mingəçevirdə dəhşətli qətl

22563

2020-ci il oktyabrın 09-da şəhər sakini Bənövşə Ələkbərovanın boğularaq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Mingəçevir şəhər prokurorluğundan Bizim.Media-ya verilən məlumata görə, istintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin qızı Sədaqət Əsgərova yataq xəstəliyinə düçar olan anasının yaşa görə aldığı əmək pensiyasını ələ keçirmək məqsədilə yastıqla boğaraq qəsdən öldürüb.

Sədaqət Əsgərova Cinayət Məcəlləsinin 120.2.5 (tamah məqsədi ilə adam öldürmə) və 120.2.9-cu (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı öldürmə, habelə adam oğurluğu və ya girov götürülməsi ilə bağlı adam öldürmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin