“Normal adam deyə bilməz ki, şəhidlər bizə görə şəhid olmayıblar...”

Hazırda oxunan: “Normal adam deyə bilməz ki, şəhidlər bizə görə şəhid olmayıblar...”

225461
“Azərbaycan adına təşkilat yaradırıqsa, Azərbaycana xidmət etməliyik, ermənilərə, və ya ruslara yox”

“Əgər onun canında azərbaycanlı qanı axırsa, belə çıxış etməməlidir. Çox dəhşətli bir açıqlamadır. Bu bir növ təxribata oxşayır”.xa0

Bunu Moderator.az-a açıqlamasında Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı artıq bir neçə gündür müzakirə olunanxa0 Rusiyada fəaliyyyət göstərən Azərbaycan Milli Mədəni Muxtariyyətinin Moskva regional bölməsinin ermənilərlə qohum olan sədri Ağadadaş Kərimovun çıxışlarına münasibət bildirərkən deyib. Akif Nağı bildirib ki, damarında azərbaycanlı qanı axan şəxs belə çıxışlar etməz:

“İnandırıcı açıqlama deyil. Nə olsun ki, Ağadadaş Kərimovun həyat yoldaşı ermənidir. Əgər onun damarında azərbaycanlı qanı axırsa, belə çıxış etməməlidir. Çox dəhşətli bir açıqlamadır. Bu bir növ təxribata oxşayır. Normal adam deyə bilməz ki, şəhidlər bizə görə şəhid olmayıblar və ya Qarabağı qarabağlılar qorusun. Bir tərəfdən Azərbaycan adına təşkilata rəhbərlik edirlər, digər tərəfdən də Azərbaycan və Qarabağ adına meydan oxuyurlar. Əgər bu həqiqətdirsə, bu çox böyük rüsvayçılıqdır”.xa0

Akif Nağı qeyd edib ki, diaspor sədrinin çıxışlarına hakimiyyət səviyyəsində münasibət bildirilməlidir:

“Hesab edirəm ki, bu məsələ diaspor təşkilatları ilə kifayətlənməli deyil, eyni zamanda Azərbaycanın Rusiyadakı səfirliyi bu məsələyə qarışmalıdır. Azərbaycan hakimiyyəti səviyyəsində məsələyə münasibət bildirilməlidir. Diaspor təşkilatları Azərbaycanın bir hissəsidir. Ona görə də belə insanların bu cür çıxış etməsi yolverilməzdir. Diaspor təşkilatlarındakı rüsvayçı vəziyyətlə bağlı dəfələrlə çıxış etmişəm. Ağadadaş Kərimov diaspor təşkilatı sədrliyindən uzaqlaşdırılmalıdır. Azərbaycan adına təşkilat yaradırıqsa, Azərbaycana xidmət etməliyik, ermənilərə, və ya ruslara yox. Yəqin ki, bu məsələ əlaqədar qurumların diqqətindədir”.xa0

Vasif Əlihüseyn
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin