Güclü küləyin Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun Oğuzun Bayan kəndi ərazisindən keçən hissəsində çoxillik ağacı aşırması nəticəsində bir müddət nəqliyyatın hərəkəti dayanıb.
Bizim.Media-nın yerli bürosu xəbər verir ki, dünən axşam saatlarından etibarən Oğuz rayonu ərazisində güclü küləkli hava müşahidə olunur.
Magistrala aşan ağacın fəsadları yerli qurumlar tərəfindən qısa müddətdə aradan qaldırılıb və nəqliyyatın hərəkəti bərpa olunub.
Bundan başqa, külək nəticəsində elektrik naqilləri və internet xətləri qırılıb. Hazırda rayonun bir hissəsində elektrik enerjisinin və internetin verilişində fasilələr yaranıb.
Hazırda aidiyyəti qrumların əməkdaşları fəsadların aradan qaldırılması istiqamətində işlər aparır.
Tural Rasimoğlu, Bizim.Media, Şimal-qərb bürosu