ANAMA Ballıcaya qayıdan sakinlərə təlim keçdi - FOTO

Hazırda oxunan: ANAMA Ballıcaya qayıdan sakinlərə təlim keçdi - FOTO

225142

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) nümayəndələri Xocalı rayonunun Ballıca kəndinə köçən sakinlər üçün Partlayıcı Sursat Riskinin Maarifləndirilməsi mövzusunda təlim keçib.

Bizim.Media xəbər verir ki, bu barədə ANAMA-nın "X" hesabında məlumat paylaşılıb.

Sakinlərə əsas təhlükəsizlik qaydaları barədə məlumat verilib, şübhəli ərazilərin əlamətləri, xəbərdarlıq lövhələri təqdim edilib, təhlükəsizliyinə əmin olmayan ərazilərə daxil olmamaq, şübhəli əşyalara toxunmamaq barədə çağırışlar edilib.

Agentliyin nümayəndələri tərəfindən sakinlərə müxtəlif növ ehtiyat və maarifləndirici çap materialları paylanılıb.


Qeyd edək ki, dekabrın 13-də respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət köç karvanı Ağdamdan Xocalının Ballıca kəndinə yola salınıb. İlk mərhələdə kəndə 27 ailə - 152 nəfər köçürülür.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin