Sumqayıtda dispanserdə ölüm faktı baş verib.
Bizim.Media apa-ya istinadən xəbər verir ki, hadisə Sumqayıt şəhər Narkoloji Dispanserində qeydə alınıb.
Orada müalicə olunan 1968-ci il təvəllüdlü V.Hacıyevin bu gün vəfat etdiyi bildirilir. Məlumata görə, dispanserə alkoqol sərxoşluğu vəziyyətində daxil olmuş, tufeyli həyat tərzi sürən həmin şəxs, dekabrın 10-da xəstəxanaya daxil olub, iki gün sonra, aparılan müalicəyə baxmayaraq, orada ölüb. Meyit aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:50 / 12.12.2024
Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs ölüb
Hazırda oxunan: Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs ölüb
Hazırda oxunan: Sumqayıtda Narkoloji Dispanserdə müalicə alan şəxs ölüb
225016
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.