Kəlbəcəri Göygöllə birləşdirən Ömər aşırımına qar yağıb.
Bizim.Media AZƏRTAC-a istinadən xəbər verir ki, Göygöl-Kəlbəcər avtomobil yolunun Ömər aşırımı adlanan hissəsinə axşam saatlarında yağmağa başlayan qarın hündürlüyü 10-15 santimetrə çatıb.
Hazırda ərazidə güclü qarın yağması davam edir. Qərb bölgəsində küləkli və yağışlı hava şəraiti hökm sürür.
Qeyd edək ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına əsasən, bu gündən Azərbaycanda havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə aşağı enəcəyi gözlənilir. Dekabrın 14-ü və 15-də dağlıq rayonlarda gecə və səhər yolların buz bağlama ehtimalı var.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
22:34 / 12.12.2024
Ömər aşırımına QAR YAĞIB
Hazırda oxunan: Ömər aşırımına QAR YAĞIB
Hazırda oxunan: Ömər aşırımına QAR YAĞIB
225014
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.