Keçmiş hərbçi Ulu Öndərlə döyüş bölgəsindəki XATİRƏLƏRİNDƏN danışdı – VİDEO

Hazırda oxunan: Keçmiş hərbçi Ulu Öndərlə döyüş bölgəsindəki XATİRƏLƏRİNDƏN danışdı – VİDEO

224975

Bu tarixi foto 1994-cü il aprel ayının 9-da Beyləqan rayonunun Haramı düzündə çəkilib. Həmin vaxt Azərbaycan Prezidenti Heydər Əliyev hərbi hissələrin birində - ön cəbhədə şəxsi heyətlə görüşüb. Hərbçilərin arasında xaçmazlı döyüşçü, baş leytenant Sabir Məmmədov da olub.

66 yaşlı Xaçmaz şəhər sakini Sabir Məmmədov Heydər Əliyevlə olan təəssüratlarını
Bizim.Media ilə bölüşüb. Onun sözlərinə görə Qarabağ münaqişəsi başlayanda – 1992- ci ildə könüllü olaraq cəbhəyə gedib. Xidmət zamanı Heydər Əliyevin hərbi hissələrə səfərlərinin birində Prezidentlə görüşüb söhbətləşmək ona da nəsib olub:

“Ön cəbhəyə - döyüş bölgəsinə gəlmişdi. Mən hərbi hissənin qərargah rəisini əvəz edirdim, o xəstə idi. Həm də batalyon komandirinin silah üzrə müavini idim. Heydər Əliyev əsgər və zabitlərlə görüşdü. Mənimlə də danışdı. Hardan olduğumu və rütbəmi soruşdu.

Dedim, baş leytenantam. O vaxtkı müdafiə naziri Məmmədrəfi Məmmədova baxdı. Sonra ətrafdakı icra başçılarına xitabən soruşdu, “Xaçmaz harda yerləşir?” “Dərbənddən 50 km aralıda...” mən dedim. Səngərdən sonra görüşdə də məndən söz açdı. Özü dedi ki, Xaçmaz Rusiya ilə sərhəddə yerləşir. Həmin görüşdə iştirak edən ətraf rayonların başçılarına baxaraq “Xaçmazdan gəlib döyüşür, siz də öz əhalinizi səfərbər edin" dedi.


Xaçmaz sakini Sabir Məmmədov qeyd edib ki, əlisilahlı Heydər Əliyevlə olan tarixi fotosunu ona 1997-ci ildə Xaçmaz icra başçısı Rafiq Niftəliyev verib. Hansı ki, həmin şəkli icra hakimiyyətinə Prezident Aparatının fotoqrafı göndərmişdi.


“Heydər Əliyev fenomen şəxsiyyət idi. Mən fəxr edirəm ki, onu tanımışam” - deyən keçmiş hərbçi dahi şəxsiyyətlə bağlı görüşü xatırlayıb göz yaşlarına hakim ola bilmədi.

 Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin