Lənkəranda təcili yardım maşınında qəzaya düşən XƏSTƏ həyatını İTİRDİ

Hazırda oxunan: Lənkəranda təcili yardım maşınında qəzaya düşən XƏSTƏ həyatını İTİRDİ

224960

Lənkəranda təcili tibbi yardım avtomobilinin iştirakı ilə baş verən yol qəzasında xəstə həyatını itirib.

Bizim.Media-nın Cənub bürosu xəbər verir ki, bir neçə gün əvvəl Astaradan Lənkərana gətirilən 1956-cı il təvəllüdlü insult xəstəsi, Astara rayon sakini Ağabacı Əsəd qızı Əhmədova müalicə aldığı Lənkəran rayon Mərkəzi Xəstəxanasında dünyasını dəyişib.

Qəza köhnə Ələt-Astara magistralının Lənkəran rayonunun Digah kəndi ərazisində baş verib.

Təcili Tibbi Yardım avtomobili Lənkəran rayon Şağlaküçə kənd sakini, 1990-cı il təvəllüdlü Natiq Balakişi oğlu Şərifzadənin idarə etdiyi "Hyundai Tucson" markalı avtomobillə toqquşub. Hadisə nəticəsində Təcili Tibbi Yardım avtomobilində olan Ağabacı Əhmədova, onun yaxınları - 1977-ci il təvəllüdlü Elnarə Elsevər qızı Əhmədova və 1988-ci il təvəllüdlü Samir Rakif oğlu İbrahimov xəsarət alaraq xəstəxanaya çatdırılıb. Ağabacı Əhmədova reanimasiya şöbəsinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisə ilə bağlı araşdırma aparılır.

Qeyd edək ki, qəzanın digər iştirakçısı olan Natiq Şərifzadə də Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinin əməkdaşıdır.

Sabutay, Bizim.Media, Cənub bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin