Azərbaycan ən çox hansı ölkəyə məhsul ixrac edib?

Hazırda oxunan: Azərbaycan ən çox hansı ölkəyə məhsul ixrac edib?

224941

Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən, ölkənin xarici ticarət dövriyyəsinin 24,3 faizi İtaliya, 13,1 faizi Türkiyə, 10 faizi Rusiya, 7,7 faizi Çin, 3,3 faizi Almaniya, hər biri 2,6 faiz olmaqla ABŞ və Avstraliya, 2,4 faizi Çexiya, 2,3 faizi Hindistan, 2,2 faizi Xorvatiya, 1,9 faizi İsrail, 1,7 faizi Gürcüstan, hər biri 1,6 faiz olmaqla Portuqaliya və Birləşmiş Krallıq, 1,5 faizi Bolqarıstan, hər biri 1,3 faiz olmaqla İran və Yunanıstan, 1,1 faizi Rumıniya, hər biri 1 faiz olmaqla Belarus, Qazaxıstan, İsveçrə və Ukrayna, hər biri 0,9 faiz olmaqla Yaponiya və Türkmənistan, 11,7 faizi isə digər ölkələr ilə aparılmış ticarət əməliyyatlarının payına düşüb.

Dövlət Statistika Komitəsindən Bizim.Media-ya bildirilib ki, ixracın 40,1 faizini İtaliyaya, 14,2 faizini Türkiyəyə, 4,3 faizini Rusiyaya, 4,0 faizini Çexiyaya, 3,7 faizini Xorvatiyaya, hər biri 3,2 faiz olmaqla Hindistan və İsrailə, 2,8 faizini Portuqaliyaya, 2,7 faizini Almaniyaya, 2,5 faizini Gürcüstana, 2,4 faizini Bolqarıstana, 2,1 faizini Yunanıstana, 1,8 faizini Birləşmiş Krallığa, 1,7 faizini Rumıniyaya, 1,2 faizini Tunisə, 1 faizini Tailanda, hər biri 0,7 faiz olmaqla İsveçrə, Serbiya, İspaniya və İndoneziyaya, hər biri 0,6 faiz olmaqla Ukrayna və Niderlanda, 5,1 faizini isə digər ölkələrə göndərilmiş məhsulların dəyəri təşkil edib.

Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Rusiyaya (34,1 faiz), Türkiyəyə (17,0 faiz), Gürcüstana (8,3 faiz), İsveçrəyə (6,0 faiz), ABŞ-a (4,2 faiz), Qazaxıstana (3,8 faiz), Ukraynaya (3,2 faiz), Türkmənistana (2,5 faiz), Omana (2,3 faiz), Birləşmiş Ərəb Əmirliklərinə (1,6 faiz), Almaniyaya (1,5 faiz), Belarusa (1,4 faiz), Niderlanda (1,2 faiz), İtaliyaya (1,2 faiz), Rumıniyaya (1,1 faiz), Özbəkistana (1,1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin