3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb - Məzahir Pənahov

Hazırda oxunan: 3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb - Məzahir Pənahov

224940

"Ölkə üzrə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək. Yerlərdə 3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb".

Bizim.Media apa.az-a istinadən xəbər verir ki, bunu jurnalistlərə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov deyib.

O əlavə edib ki, indiyədək hansısa xoşagəlməz hal ilə bağlı hər hansı müraciət daxil olmayıb:


"Bələdiyyə seçkilərinə hazırlıqla bağlı bütün addımlar Mərkəzi Seçki Komissiyasının təqvim planına uyğun olaraq atılır. Yerlərdə namizədlərin irəli sürülməsi prosesi də davam edir. Ölkə üzrə 685 bələdiyyəyə 8071 bələdiyyə üzvü seçiləcək.

Yerlərdə 3000 nəfərə yaxın şəxs bələdiyyə üzvlüyünə namizədliyini irəli sürüb. Onların qeydiyyatı prosesinə yerlərdə artıq başlanılıb.

Mərkəzi Seçki Komissiya daim bu prosesi nəzarətdə saxlayır. İndiyədək hansısa xoşagəlməz hal ilə bağlı hər hansı müraciət daxil olmayıb. Buna baxmayaraq, hansısa Azərbaycan vətəndaşının yerlərdə bununla əlaqədar pozulan hüquqlarının bərpası istiqamətində bütün addımlar atılıb.


Hansısa mübahisə yaranıbsa və onun hüquqlarına süni şəkildə müdaxilə edilibsə, bu halların qarşısının alınması üçün bütün tədbirlər görüləcək. Hansısa mübahisəli məsələ olanda və orada qanun pozuntusu faktını təsdiqləmək mümkün deyilsə, Mərkəzi Seçki Komissiyası namizədin lehinə qərar çıxarır".


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin