Bakıda 170 minlik dələduzluq edən şəxsin cəzası azaldıldı

Hazırda oxunan: Bakıda 170 minlik dələduzluq edən şəxsin cəzası azaldıldı

224902

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda və rəsmi sənədi saxtalaşdırmada təqsirləndirilən Telman Ağayevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Əli Məmmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayətinə əlavə qismən təmin edilib, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı 6 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası 5 ilə endirilib.
 

Təqsirləndirilən şəxsin Cinayət Məcəlləsinin 320.1-ci (Hüquq verən və ya vəzifədən azad edən vəsiqəni və ya digər rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama, yaxud bu cür sənədi satma, habelə eyni məqsədlə Azərbaycan Respublikasının saxta dövlət təltifini, ştampı, möhürü, blankı hazırlama və ya satma) maddəsi ilə cəza təyin edilməyib, hökmündən xaric olunub.


İttihama görə, Telman Ağayev Elşad Əsədovun Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində yerləşən 1,5 hektar qeyri-yaşayış təyinatlı torpaq sahəsinin təyinatının yaşayış sahəsinə dəyişdirilməsinə rəsmi dövlət qurumlarından müvafiq icazə alınmasında köməklik göstərilməsi vədini verib. O, 2022-ci ildə bu adla həmin şəxsdən 170 min manat pul alıb.

Sonra Telman saxta sənədi hazırlayıb, zərərçəkmiş şəxsə göndərib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin