Salyanda ölüm və xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
Bizim.Media report.az-a istinadən xəbər verir ki, hadisə Salyan-Şirvan avtomobil yolunun Xələc kəndindən keçən hissəsində qeydə alınıb.
Belə ki, minik avtomobili yolun kənarındakı hasara çırpılıb. Qəza nəticəsində Xələc kənd sakini, 1996-cı il təvəllüdlü Seymur Rafiq oğlu Məlikov hadisə yerində ölüb.
Hadisə zamanı, həmçinin Xələc kənd sakini, 1997-ci il təvəllüdlü Şəhriyar Rafiq oğlu Rəhimov müxtəlif dərəcəli xəsarətlər alıb.
Yaralı Salyan Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Faktla bağlı araşdırma aparılır.
Bizim.Media