Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

Hazırda oxunan: Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyənlərin NƏZƏRİNƏ

224861

Qiymətləndirmə fəaliyyəti ilə məşğul olmaq istəyən şəxslər üçün keçiriləcək növbəti imtahana qeydiyyat elan edilib.

Bu barədə Bizim.Media-ya Dövlət İmtahan Mərkəzindən məlumat verilib.

Qiymətləndirmə fəaliyyətinin istiqamətləri bunlardır:

1. Daşınar əmlakın (maşın və avadanlıqların, nəqliyyat vasitələrinin, heyvan və bitkilərin və s.) qiymətləndirilməsi;

2. Daşınmaz əmlakın, o cümlədən torpaq sahələrinin qiymətləndirilməsi;

3. Daşınar və daşınmaz mədəni irs nümunələrinin, mədəni sərvətlərin, tarix, mədəniyyət və təbiət abidələrinin qiymətləndirilməsi;

4. Müəssisələrin qiymətləndirilməsi;

5. Qeyri-maddi əmlak nemətlərinin (əqli mülkiyyət hüququ obyektlərinin, hüquqi şəxslərin nizamnamə kapitalında (fondunda) və ümumi əmlakda paylarının və qiymətli kağızlarının, habelə tələblərin və hüquqların) qiymətləndirilməsi;

6. Kreditor borcların və digər öhdəliklərin, debitor borcların, material ehtiyatlarının və digər aktivlərin qiymətləndirilməsi;

7. Təbii sərvətlərin qiymətləndirilməsi;

8. Dəymiş zərərin, əldən çıxmış mənfəətin və risklərin qiymətləndirilməsi;

9. Xidmətlərin qiymətləndirilməsi.

Ali təhsilə və üç ildən az olmayan ümumi iş stajına malik, məhkumluğu olmayan şəxslər ixtisas imtahanlarında iştirak edə bilərlər. İxtisas imtahanlarında iştirak ödənişlidir və məbləği 98 manatdır. İmtahan vermək istəyən şəxslərin Mərkəzin internet saytında şəxsi kabineti olmalıdır.

Onlar 2025-ci il yanvarın 13-dək qeydiyyatdan keçə bilərlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İxtisas imtahanı yuxarıda qeyd olunmuş 9 istiqamət üzrə 2025-ci il yanvarın 30-da Dövlət İmtahan Mərkəzinin elektron imtahanlar korpusunda (Bakı şəhəri, Binəqədi rayonu, S.S.Axundov küçəsi, 50) keçiriləcək.

Daha ətraflı məlumatı buradan əldə edə bilərsiniz.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin