Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və təhqiqat idarəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində 2 fakt üzrə pirotexniki vasitələr aşkar edilərək qanunsuz dövriyyədən çıxarılıb.
Bu barədə Bizim.Media-ya Dövlət Gömrük Komitəsinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib.
Bildirilib ki, “Sədərək” Ticarət Mərkəzinin ərazisində Azərbaycan Respublikası vətəndaşlarının idarə etdikləri nəqliyyat vasitələrindən, eləcə də həmin şəxslərdən birinin istifadəsində olan anbardan satış məqsədilə saxlanılan 5119 ədəd pirotexniki vasitə aşkar edilib.
Hər iki faktla bağlı araşdırma aparılır.
Bizim.Media