Xəbər verildiyi kimi Azərbaycanda məktəbəqədər təhsil müəssisələri sertifikasiyaya cəlb ediləcək.
Bu barədə Elm və təhsil naziri Emin Əmrullayev “Məktəbəqədər təhsildə keyfiyyətə yeni baxış” adlı II beynəlxalq konfransda bildirib. Nazir qeyd edib ki, ilk dəfə məktəbəqədər təhsil müəssisələrində diaqnostika həyata keçirilib. Hansı ki, məqsəd 2014-2015-ci ildən başlayaraq məktəbəqədər təhsil müəssisələrində əvvəlcə diaqnostika, sonra isə sertifikasiya prosesini tətbiq etməkdir.
Nazir onu da deyib ki, bu proses əməkhaqqı sisteminə də müəyyən təsir göstərəcək.
Maraqlıdır, bu proses necə həyata keçirirləcək və bu sertifikasiyada hansi məqamlara diqqət ediləcək?
Mövzu ilə bağlı Bizim.Media-ya danışan təhsil eksperti Elçin Əfəndi deyir ki, məktəbəqədər təhsil müəssisələrində çalışan tərbiyəçi-müəllim heyəti və digərlərinin sertifikasiyaya cəlb edilməsi tədris keyfiyyətinin yaxşılaşdırılması üçün nəzərdə tutulan uğurlu addımdır.
Onun sözlərinə görə, sertifikasiya zamanı məktəbəqədər təhsil müəssisələrində, ilk növbədə təhsilverənlərin konkret olaraq ixtisas sahibləri olmasına diqqət yetirilməlidir:
"Bildiyiniz kimi, 2021-ci ilə qədər məktəbəqədər təhsil müəssisələri konkret olaraq yerli icra hakimiyyətlərinin tabeçiliyində idi. 2021-ci ildən dövlət başçısının sərəncamı ilə Elm və Təhsil Nazirliyinin tabeliyinə verildi. Çox təəssüf ki, yerli icra hakimiyyətlərinin tabeçiliyində olduğu müddətdə bağçalarda qeyri-ixtisas sahibləri çalışıb.
Məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirənlər çox az saydadır. Digərləri isə fərqli sahələrin mütəxəssisləridir, pedoqoji ixtisası olmayan şəxslərdir. Ona görə də bu sahədə çalışanların ümumi məktəbəqədər təlim-tərbiyə istiqamətində bilik və bacarıqları qiymətləndirilməli və bu yöndə ixtisaslı kadrlar saxlanılmalıdır. Qalanlarının isə əmək müqaviləsinə xitam verilməlidir".
Ekspertin sözlərinə görə, daha sonra vakant yerlər üçün mərkəzləşdirilmiş şəkildə əlavə məktəbəqədər təlim-tərbiyə ixtisasını bitirmiş şəxslərin işə qəbulu həyata keçirilməlidir
"Bunun üçün tələblər çoxdur. Çünki məktəbəqədər təhsil ən strateji təhsil pillələrindən biridir, başlanğıcdır. Təkcə bizdə yox, bütün ölkələrdə bu, belə qəbul olunur. Biz bu pillədə şagirdlərə bilik və bacarıq aşılayarıqsa, digər təhsil pillələrində də bunun müsbət nəticələrini görə bilərik”.
Qeyd edək ki, Azərbaycanda 1800-dən artıq bağça fəaliyyət göstərir.
Rəna Cumaqızı, Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
13:00 / 11.12.2024
Bağça müəllimlərinin sertifikasiyasına HAZIRLIQ başladı – Nə qədər qeyri-ixtisas sahibi İŞİNİ İTİRƏCƏK?
Hazırda oxunan: Bağça müəllimlərinin sertifikasiyasına HAZIRLIQ başladı – Nə qədər qeyri-ixtisas sahibi İŞİNİ İTİRƏCƏK?
Hazırda oxunan: Bağça müəllimlərinin sertifikasiyasına HAZIRLIQ başladı – Nə qədər qeyri-ixtisas sahibi İŞİNİ İTİRƏCƏK?
224754
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.